Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Ad gününüz münasibətilə Sizi Ulyanovsk vilayətinin hökuməti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm!

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və bütün niyyətlərinizin həyata keçməsini, yüksək dövləti vəzifənizdəki səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizə və yaxınlarınıza əmin-amanlıq və xoş günlər diləyirəm.

 

Hörmətlə,

Sergey MOROZOV,

Ulyanovsk vilayətinin qubernatoru,

vilayət hökumətinin sədri

Ulyanovsk, 24 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-26 dekabr.-S.2.