Azərbaycan ABŞ-a nota vermişdir

 

Dekabrın 17-də Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyev ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını Dövlət Departamentinə təqdim etmişdir.

Diplomat bununla bağlı Azərbaycan tərəfinin dərin narahatlığını ifadə etmişdir.

Səfir Y.Əliyev vurğulamışdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. ABŞ hökumətinin Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram fəaliyyət həyata keçirmək niyyəti Birləşmiş Ştatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bununla bağlı Azərbaycan tərəfi ABŞ hökumətindən bu məsələ ilə əlaqədar açıqlama verməyi xahiş etmişdir.

Notada qeyd olunmuşdur ki, rəsmi Bakının razılığı olmadan bu proqramların həyata keçirilməsi ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi ədalətli, tərəfsiz vasitəçi imicini sarsıdacaqdır.

ABŞ tərəfi notaya ən qısa müddətdə cavab verəcəyini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 dekabr.- S. 1.