Rusiya nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişlər

 

Azərbaycan Respublikası Milli Məclisinin Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 8-ci iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Dövlət Duması sədrinin müavini, komissiyanın həmsədri Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə "Əbədi məşəl" abidəsinin önünə tər qərənfillər düzmüşlər.

 

 

Azərbaycan.- 2009.- 23 dekabr.- S. 3.