"Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

2007-ci il iyunun 30-da Gömrük Əməkdaşlığı Şurasının iclasında "Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında" Konvensiyaya tövsiyə edilmiş dəyişikliklər təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 29 dekabr.- S. 3.