Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

 

Eyvazova Ayan Fuad qızı - Bakı Xoreoqrafiya Məktəbinin I kurs tələbəsi

Quliyeva Çinarə Əhməd qızı - Bakı Xoreoqrafiya Məktəbinin IX sinif şagirdi

Nəcəfova Pərvin Fərhad qızı - Bakı Xoreoqrafiya Məktəbinin III kurs tələbəsi

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 15 dekabr.- S. 1.