Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması haqqında

 

Xalqımızın milli mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş böyük tarixi şəxsiyyətlərin və qəhrəmanların xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunması işində müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Koroğlunun abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2009-cu il.

 

Azərbaycan.- 2009.- 4 dekabr.- S. 1.