Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Yanvarın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, iclasda 2009-cu il martın 18- təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılmışdır. Komissiyanın üzvü Rövşən İsmayılov referendum üzrə "Respublikaçılar" təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən MSK-ya ünvanlanmış müraciət barədə məlumat vermişdir. Komissiya üzvünün məlumatına görə, müraciət müəllifi yanvar ayının 21-, 23- 24- respublikanın ayrı-ayrı bölgələrində (Cəlilabad, Xaçmaz, İsmayıllı, Lənkəran, Neftçala rayonlarında Sumqayıt şəhərində) adı çəkilən təşəbbüs qrupunun dəstəklənməsi üçün imza toplayan bəzi şəxslərə (Azər Nağıyev, Mehman İsmayılov, Namiq Əkbərli, Fəxrəddin Abbas) polis yerli icra hakimiyyəti orqanları tərəfindən imza toplanmasına maneçilik törədilməsini imza vərəqələrinin alınıb korlanmasını göstərmiş, Lənkəran və Neftçala rayonlarında baş verənlərlə bağlı müvafiq dairə seçki (referendum) komissiyalarına məlumat verilməsinə baxmayaraq, heç bir tədbir görülməməsini iddia etmiş, qanunsuz hərəkətləri törətmiş şəxslər barəsində tədbir görülməsini korlanmış imza vərəqələrinin əvəzinə yeni imza vərəqələrinin verilməsini xahiş etmişdir.

Müraciət Mərkəzi Seçki (Referendum) Komissiyasının nəzdində ekspert qrupu tərəfindən araşdırılmış müəyyən edilmişdir ki, göstərilən halların bir qismi (Cəlilabad, Xaçmaz, İsmayıllı rayonlarında Sumqayıt şəhərində baş verməsi ehtimal edilənlər) Gülağa Aslanlının Mərkəzi Seçki (Referendum) Komissiyasına daxil olmuş 21, 23 24 yanvar 2009-cu il tarixli müraciətlərində öz əksini tapmış, bununla əlaqədar MSK nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırma aparılmış, komissiyanın iclasında baxılaraq müraciətlər əsassız olduğundan onların təmin edilməməsi barədə qərarlar çıxarılmışdır. Müraciətdə Lənkəran Neftçala rayonlarında baş verməsi ehtimal olunan hallarla əlaqədar ünvan, yer, vaxt qanun pozuntusu törətmiş şəxslər barəsində dəqiq məlumatlar göstərilməmiş, habelə araşdırma zamanı ehtimal olunan halların baş verməsi sübuta yetirilməmiş, müvafiq dairə seçki komissiyalarına bunlarla əlaqədar heç bir məlumat şikayət verilməmişdir. İddia edilən seçki dairələrinin ərazilərində seçici imzalarının toplanmasına yerli icra polis orqanları tərəfindən maneçilik törədilməsi imza vərəqələrinin alınaraq korlanması ilə əlaqədar heç bir hal qeydə alınmamışdır. Səlahiyyətli nümayəndə tərəfindən bununla bağlı müraciətdə göstərilən halları təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

Göstərilən halların bir qisminə dair səlahiyyətli orqanın müvafiq qərarları mövcud olduğundan həmin məsələlərə mahiyyəti üzrə eyni qaydada yenidən baxılması mümkün olmamışdır.

Beləliklə, Mərkəzi Seçki Komissiyası müraciət əsassız olduğundan təmin edilməməsi barədə qərar çıxarmışdır.

İclasda cari məsələlərə baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 fevral.-S.2.