Azərbaycanın teleefir məkanında yeni idman kanalının təntənəli açılışı olmuşdur

 

Fevralın 1- "Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "İdman Azərbaycan" televiziya kanalının açılışı münasibətilə Bakı İdman Sarayında təntənəli tədbir keçirilmişdir.

Tədbirdə ölkəmizin ictimai-siyasi xadimləri, hökumət rəsmiləri, Milli Məclisin deputatları, idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın teleefirində yeni idman kanalının açılmasını tarixi hadisə kimi qiymətləndirərək, bunun tamaşaçılara, idman ictimaiyyətinə böyük töhfə olduğunu söyləmişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi, sosial həyatında olduğu kimi, idmanda da çox mühüm nailiyyətlər qazanıldığını vurğulayan Əli Həsənov demişdir ki, respublikamızda idmanın inkişafı Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründən başlanmışdır. İdmançılarımızın Olimpiya oyunlarında, beynəlxalq yarışlarda, Avropa çempionatlarında qazandığı uğurlar bu sahəyə dövlətimizin başçısı tərəfindən göstərilən diqqət qayğının bariz nümunəsidir.

Şöbə müdiri demişdir:

- İdman ölkəmizdə xalqın əhval-ruhiyyəsini yüksəldən, Azərbaycanı beynəlxalq aləmdə tanıdan mühüm bir vasitəyə çevrilmişdir. Bu gün Azərbaycanda idman kanalının açılması bu siyasətin tərkib hissələrindən biridir. Yeni televiziya kanalının yayıma başlaması Azərbaycan idmanına son 10-15 ildə qoyulan sərmayənin məntiqi nəticəsidir.

Gənclər idman naziri Azad Rəhimov idmanın dinamik inkişaf etdiyi ölkəmizdə belə bir televiziya kanalının açılmasının zəruriliyini vurğulamışdır. Bu gün respublikamızda minlərlə gəncin yeniyetmənin idmanla məşğul oluduğunu deyən nazir, Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını söyləmişdir.

A.Rəhimov yeni kanalın ölkəmizin ən sevilən kanallarından birinə çevriləcəyinə əmin olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev, Bakı Olimpiya İdman Kompleksinin direktou, Milli Məclisin deputatı Eyvaz Qurbanov digərləri belə bir fikri vurğulamışlar ki, Azərbaycanda idmanın inkişafı İlham Əliyevin 1997-ci ildə MOK-a rəhbərliyi ilə bu sahədə geniş islahatlardan sonra başlamışdır. Yeni kanalın açılışı idmanın təbliğində mühüm rol oynayacaqdır.

Konsert proqramı ilə davam edən tədbirdən sonra boks üzrə Azərbaycan çempionatı başlamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 fevral.-S.3.