Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

 

“Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər: 

Rüstəmova Fəridə Eldar qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Sevdiməliyev Ramiz Ramiz oğlu - Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi

Yusifli Zəhra Ceyhun qızı - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 fevral 2009-cu il.

 

Azərbaycan.-2009.-7 fevral.-S.1.