Azərbaycanda yeni təyin olunmuş səfirlər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər

 

Hindistanın, Estoniyanın, Anqolanın, Yəmənin, Nigeriyanın, Beninin, Vyetnamın, Cənubi Afrikanın, Zimbabvenin, Şri-Lankanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfirləri Debnad Şou, Aivo Orav, Samuel Titu Armandu, Cəmal Abdullah əl-Cəlal, Abubakar Sika, Vassinto Ayi d,Almeidia, Buy Din Din, Tebogo Seokolo, Felekezela Mfoko Mohamed Mohamed Zuhair Heydər Əliyev sarayının qarşısındakı parka gələrək ulu öndərin abidəsini ziyarət etmişlər.

Diplomatlar xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə əklil qoymuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 fevral.-S.2.