İnkişaf dönməz xarakter alır

 

Məlum olduğu kimi, geniş iqtisadi potensiala malik Bərdə rayonu ötən əsrin 70-ci illərində böyük şöhrət qazanmışdır. Taxıl, pambıq, heyvandarlıq məhsulları istehsalı sahəsində uğurlara imza atan bərdəlilər tikinti-abadlıq quruculuq sahəsində respublikada öncül mövqeyə çıxmışdılar. İtirilmiş şöhrəti yenidən qaytarmaq üçün son illər rayonda böyük quruculuq işlərinə başlanmışdır.

Həmişə xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğı diqqəti ilə əhatə olunmuş Bərdədə ulu öndərin çoxlu yadigarı var. Fevralın 6-da keçirilən 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunları 2009-cu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağında ulu öndərin işıqlı xatirəsi dönə-dönə xatırlandı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Bərdədə olmuş, hər bir bərdəlinin doğmasına, əzizinə çevrilmişdir. Qəqirbilən Bərdə camaatı da bu gün dahi rəhbərin başladığı böyük əzəmətli quruculuq işlərini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün sahələrdə ona arxa, dayaq olur. Prezidentin "Xalqla iqtidar arasında böyük birlik var. Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Harda iqtidar tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənirsə, orda həm həmrəylik var, həm sabitlik, həm inkişaf var" fikirləri Bərdə rayonu, onun əməksevər əhalisinin timsalında öz parlaq təcəssümünü tapır. Dövlət başçısı Bərdə rayonu haqqında demişdir: "Bərdə Azərbaycanın qədim şəhəridir. Qarabağımızın mərkəzidir. Tarixən bu diyar Şərqin ən böyük şəhərlərindən biri olmuş, mühüm mədəniyyət mərkəzi kimi tanınmışdır. Bu gün Bərdə öz tarixi simasını qorumaqla bərabər, müasirləşir, yeniləşir. Bu diyarın Azərbaycan üçün dəyəri getdikcə daha çox artır."

Hesabat yığıncağına toplaşan rayon ictimaiyyətinin nümayəndələri öncə ulu öndərin rayon mərkəzində ucaldılmış əzəmətli abidəsi önünə tər çiçək dəstələri qoydular, bərdəlilərin yaxın dostu olmuş Heydər Əliyevə sonsuz hörmət ehtiramlarını bildirdilər.

2008-ci il Bərdə rayonunun sosial-iqtisadi inkişafında mühüm mərhələ kimi tarixə çevrilmişdir. Reqionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında "Ağdam, Bərdə Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" dövlət başçısının sərəncamında qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevin hesabat məruzəsində qazanılmış nailiyyətlər, mövcud problemlər, görüləsi işlər prinsipiallıqla təhlil olundu. Qeyd edildi ki, dövlət başçısının tapşırıq tövsiyələri, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində qəbul edilmiş proqramlar Bərdə rayonunda məsuliyyət hissi ilə, fəal vətəndaş mövqeyindən icra edilir. 2008-ci ildə əvvəlki illə müqayisədə ümumi məhsul buraxılışı 44,6 faiz artmış, 8 milyon manatlıq ya 2007-ci ildəkindən 34,4 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 35,8 faiz artaraq 95 milyon manata çatmışdır. Son 5 ildə rayonda abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Təkcə 2008-ci ildə yalnız daxili imkanlar hesabına 8,8 milyon manatlıq tikinti-abadlıq işləri görülmüşdür. Eləcə , ötən il rayonda 9.337 yeni yeri açılmışdır ki, bunun da 5.568-i daimidir.

Bərdədə diqqəti cəlb edən bütün əsas binalar demək olar ki, son 5 ildə tikilmişdir. Akademik Zərifə Əliyeva adına 1000 yerlik orta məktəb, hər biri 240 yerlik Xanağalı, Saatlı, Yeni Daşkənd orta məktəbləri, hər biri 160 yerlik Cumalar, Göyüşlü, 360 yerlik Gülgəzli, şəhərdə 880 yerlik daha bir məktəb binası, internat məktəbi üçün 200 yerlik yeni korpus, uşaq xəstəxanası üçün 60 çarpayılıq yeni bina, 9 kənddə həkim ambulatoriyası, 20 kənddə yeni poçt şöbələri, doqquzmərtəbəli 72 mənzilli yaşayış evi, Qarabağ əlilləri şəhid ailələri üçün 36 mənzilli bina, Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq muzeyi, musiqi məktəbi, qonaq evi, DSMF-nin yerli şöbəsi qaz istismarı idarəsi üçün inzibati binalar bu sıradandır.

Bu gün Bərdə böyuk inşaat meydanını xatırladır. Tikintisi 2008-ci ilin əvvəlində başlanmış 17 iri obyektin 16-sının inşası artıq başa çatdırılmışdır. Dövlət başçısının tapşırığı ilə bölgə əhalisinin sağlamlığına qayğını artırmaq məqsədilə inşa edilmiş müalicə diaqnostika mərkəzi istifadəyə hazırdır. 600 yerlik musiqi məktəbi, 1000 yerlik ticarət mərkəzi, layihə dəyəri 500 min manat olan yol-nizamlayı dairə, maşın-ehtiyat hissələrinin satış mərkəzi, meyvə-tərəvəz yarmarkası, şəhid ailələri Qarabağ əlilləri üçün 24 mənzilli yaşayış evi, istirahət parkı, sutkalıq istehsal gücü 400 ton olan asfalt sexi artıq istifadəyə verilmişdir. Avtovağzal binasının, daha bir mədəniyyət istirahət parkının, Kətəlparaq kənd orta məktəbinin tikintisi isə davam etdirilir. Bütövlükdə, rayon üzrə 2008-ci ildə 19 milyon 780 min manatlıq tikinti işləri aparılmışdır. Rayon iqtisadiyyatına investisiya qoyuluşu hesabat ilində 2 dəfədən çox artmışdır.

Dövlət başçısının kənd təsərrüfatının dinamik inkişafını təmin etmək sahəsində müəyyən etdiyi tədbirlər çərçivəsində Bərdədə il ərzində dövlət büdcəsinin vəsaiti hesabına 17 min 187 nəfər istehsalçıya 61.181 hektar əkin sahəsinin becərilməsinə görə 2.447 min manat yardım verilmiş, buğda yonca toxumu istehsalına görə 200 min manat subsidiya ayrılmış, 9.252 nəfər buğda istehsalçısına 1 milyon 13,4 min manat yardım edilmişdir. Bu qayğının nəticəsidir ki, rayonda 9 yeni damazlıq təsərrüfatı yaradılmış, son 2 ildə əkin sahələri 12 min hektar artmışdır. Kənd təsərrüfatının inkişafından konkret faktlarla danışan məruzəçi bildirdi ki, keçən il rayonda 71.318 ton taxıl, 5353 ton pambıq, 36.100 ton tərəvəz, 3.582 ton kartof, 26.760 ton bostan məhsulları, 10.500 ton ət, 44.100 ton süd, 42.000 ton şəkər çuğunduru istehsal olunmuşdur.

İlham Ağayev məruzəsində həmçinin əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini, şəhərin indiki vəziyyətində kanalizasiya xəttinin çəkilməsinin aktual məsələ kimi qarşıda durduğunu vurğuladı.

Yığıncaq iştirakçıları sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.

 

 

Lazim Quliyev

 

Azərbaycan.-2009.-10 fevral.-S.6.