Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında

 

Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-11 fevral.-S.1.