Azərbaycanın vergi xidmətinin əməkdaşları ulu öndər Heydər Əliyevin şəhidlərin məzarını ziyarət etmişlər

 

Vergilər Nazirliyinin əməkdaşlırı peşə bayramları günü münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür.

Vergi xidməti əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uyğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, məzarları önünə gül-çiçək dəstələri düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

 

 

Azərbaycan.-2009.-12 fevral.-S.4.