Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Çexiya Respublikasının Baş naziri Mirek Topolanek onu müşayiət edən nümayəndə heyəti fevralın 13-də Fəxri xiyabanı ziyarət etmişdir.

Mirek Topolanek xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzdü.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 fevral.-S.2.