Milli Aviasiya Akademiyasında akademik Arif Paşayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

 

Milli Aviasiya Akademiyasında bu təhsil müəssisəsinin rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Akademik Arif Paşayevin qızı - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva digər ailə üzvləri, görkəmli alimin yubileyi ilə bağlı Bakıda "Elmi-texniki tərəqqi müasir aviasiya" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən xarici qonaqlar, həmçinin hökumət üzvləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri Milli Aviasiya Akademiyasının inzibati binasının foyesində yubilyarın həyat elmi fəaliyyətinə həsr olunmuş "İşıqdan törəyənlər" adlı sərgi, Azərbaycan mülki aviasiya muzeyinin eksponatları akademiyanın kitabxanası ilə maraqla tanış olmuşlar.

Tədbiri giriş sözü ilə açan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısı İlham Əliyevin 2009-cu il 12 fevral tarixli Sərəncamı ilə akademik Arif Paşayevin Azərbaycanda elmin təhsilin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edildiyini diqqətə çatdırmış, yubilyarı bu münasibətlə mərasim iştirakçıları adından təbrik etmişdir. Akademik Arif Paşayevin gərgin əməyi sayəsində Milli Aviasiya Akademiyasının maddi-texniki bazasının təkmilləşdirildiyini, təhsil ocağında yeni tədris korpuslarının tikildiyini, müasir tələblərə cavab verən laboratoriyaların qurulduğunu, akademiyada yeni ixtisasların açıldığını, hazırda burada beş fakültə iyirmi kafedranın fəaliyyət göstərdiyini xüsusi vurğulayan C.Əsgərov bu ilin sonunadək bu ali təhsil ocağında müasir "Boing" tipli təyyarələrin trenajorlarının quraşdırılacağını da qeyd etmişdir. Milli aviasiya kadrlarının hazırlanmasında akademiyanın onun rektoru akademik Arif Paşayevin xidmətlərini diqqətə çatdıran C.Əsgərov demişdir ki, hazırda bir sıra xarici ölkələrin mülki aviasiya təşkilatlarından kursantların Azərbaycan Milli Aviasiya Akademiyasında təhsil almaları ilə bağlı müraciətlər daxil olur.

Ümummilli lider Heydər Əliyevin ulu öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkənin mülki aviasiyasının inkişafına diqqət qayğısından danışan C.Əsgərov son illər xeyli sayda "Boing" tipli təyyarələrin alındığını, yaxın iki ildə isə bu tipli təyyarələrin ən müasirlərinin - "Boing-737" "Boing-767"-nin alınacağını, hazırda ölkədə beş beynəlxalq hava limanının fəaliyyət göstərdiyini bildirmişdir.

Çıxışının sonunda C.Əsgərov akademik Arif Paşayevi həmsədri olduğu Dövlətlərarası Aviasiya Komitəsinin adından təbrik etmiş, bu qurumun birinci dərəcəli fəxri diplomunu yubilyara təqdim etmişdir.

Tədbirdə akademik Akif Hacıyev yubilyarın həyat elmi fəaliyyəti barədə geniş məruzə etmişdir. Bildirilmişdir ki, akademik Arif Paşayev 400-dən artıq elmi məqalənin, 30 kitab monoqrafiyanın, çoxsaylı ixtira patentin müəllifidir. O, yüksək ifrat yüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmış, ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləmişdir. A.Hacıyev akademik Arif Paşayevin Milli Aviasiya Akademiyasının yaradılması burada müasir ixtisaslar üzrə kadrların hazırlanması işində xidmətlərini diqqətə çatdırmış, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Ukrayna Milli Aviasiya Universitetinin professoru Nikolay Kulik akademik Arif Paşayevin 75 illik yubileyi ilə bağlı keçirilən beynəlxalq konfransda bu mərasimdə iştirak etməsindən məmnunluğunu bildirmiş, alimin dünya aviasiyasının inkişafına töhfələrini vurğulamış, ona elmi fəaliyyətində uğurlar arzulamışdır. N.Kulik akademik Arif Paşayevə Ukrayna Milli Aviasiya Universitetinin fəxri doktoru diplomunu təqdim etmişdir. Akademik Arif Paşayev həmçinin Ukrayna ağsaqqalları adından "Şərəf ləyaqət" qızıl ulduzu ilə təltif edilmişdir.

Milli Aviasiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Sadıqov Vyana Beynəlxalq Universiteti adından fəxri professor diplomunu akademik Arif Paşayevə təqdim etmiş, ona Avstriyanın bu təhsil ocağı rəhbərliyinin salamlarını çatdırmışdır.

Rusiya Elmlər Akademiyası (REA) Kəşf İxtira Müəllifləri Beynəlxalq Assosiasiyasının (KİMBA) adından danışdığını diqqətə çatdıran M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Vladimir Zlomanov akademik Arif Paşayevin digər müəlliflərlə birgə üzərində işlədiyi mövzunun KİMBA tərəfindən ixtira kimi qəbul edildiyini, həmçinin onun REA-nın fəxri üzvü seçildiyini bildirmiş akademiyanın diplomunu, eləcə Kapitsa adına qızıl medalı A.Paşayevə təqdim etmişdir.

Gürcüstan Aviasiya Universitetinin rektoru, professor Serqo Tepnadze Azərbaycan Gürcüstan dövlətləri arasında mehriban qonşuluq münasibətlərini vurğulamış, akademik Arif Paşayevin aviasiya elminin təhsilinin görkəmli nümayəndəsi olduğunu bildirmiş yubilyara rəhbərlik etdiyi tədris müəssisəsinin fəxri doktoru diplomunu təqdim etmişdir.

Təhsil naziri Misir Mərdanov yubilyarın ölkə təhsilinin inkişafında xidmətlərindən danışmış, akademik Arif Paşayevin mülki aviasiya sahəsində gənc kadrların yetişdirilməsi istiqamətində fədakar əməyinə görə "Azərbaycanın qabaqcıl təhsil işçisi" diplomu medalı ilə təltif edildiyini diqqətə çatdırmışdır.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, rabitə informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti İlham Əmirov çıxış edərək akademik Arif Paşayev barədə ürək sözlərini demiş, ona uzun ömür, elmi fəaliyyətində yeni nailiyyətlər arzulamış, təbriknamələr təqdim etmişlər.

Sonda akademik Arif Paşayev çıxış edərək, Prezident İlham Əliyevə onun elmi fəaliyyətinə verdiyi yüksək dövlət mükafatına görə dərin təşəkkürünü bildirmiş, tədbirdə iştirak edənlərə minnətdarlıq etmişdir.

Tədbir zamanı akademik Arif Paşayevin ömür yoluna əmək fəaliyyətinə həsr olunmuş slaydlar göstərilmişdir.

Akademik Arif Paşayev ailə üzvləri qonaqlarla xatirə şəkilləri çəkdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 fevral.-S.3.