Afina hava limanında qarşılanma

 

Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfərinə gəlmişdir.

Azərbaycanın Yunanıstanın dövlət bayraqları ilə bəzədilmiş Afina Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi xanımı Mehriban Əliyevanı Yunanıstanın yüksək vəzifəli dövlət hökumət nümayəndələri böyük hörmətlə qarşıladılar.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Azərbaycan Prezidenti hava limanından "Grande Bretagne" mehmanxanasında onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 fevral.-S.1.