Xırdalan şəhərində akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir

 

Tədbirdə məktəbin direktoru Elmira Yaqubova Dövlət mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin həyatı elmi fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Akademik Arif Paşayevin fizika elminin inkişafındakı xidmətlərindən danışan Milli Elmlər Akademiyasının müxbir üzvü Bahadır Tağıyev onun elmi rəhbərliyi ilə Azərbaycanda ilk dəfə pilotsuz təyyarə, minaların axtarışı zərərsizləşdirilməsi üçün məsafədən idarə olunan robot yaradıldığını xüsusi qeyd etmişdir. Bildirmişdir ki, akademik Arif Paşayev 400-dək elmi əsərin, 20 dərs vəsaitinin 60-dan çox patentin müəllifidir.

Çıxış edənlər akademik Arif Paşayevin rektoru olduğu Milli Aviasiya Akademiyasının fəaliyyəti barədə ətraflı məlumat vermişlər. Hazırda akademiyanın ölkənin ən nüfuzlu ali məktəblərindən birinə çevrildiyi burada 23 ixtisas üzrə beynəlxalq standartlar səviyyəsində kadrlar hazırlandığı diqqətə çatdırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 fevral.-S.9.