Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri Kostas Karamanlis ilə görüşmüşdür

 

 Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikası Baş nazirinin iqamətgahında hökumət başçısı Kostas Karamanlis ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu, iqtisadi sahədə, xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidentinin Yunanıstana dövlət səfərinin qarşılıqlı əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti qeyd olundu. Bildirildi ki, Azərbaycan-Yunanıstan biznes forumu konkret sahələrdə işgüzar əlaqələrin yaranmasına kömək edəcəkdir. İki ölkə arasında imzalanmış sənədlərin iqtisadi digər sahələrdə əməkdaşlıq üçün hüquqi baza yaratdığı vurğulandı.

Görüşdə qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-18 fevral.-S.2.