Referendumqabağı təşviqat aparılması üçün "Azərbaycan" qəzetində püşkatma keçirildi

 

2009-cu il mart ayının 18-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçiriləcəkdir. Rəsmi dövlət qəzeti olan "Azərbaycan" da Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, referendumqabağı təşviqat kampaniyasında iştirak edir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"a əsasən üzvlərinin sayı 40 min daha artıq olan, qeydə alınmış referendum üzrə təşviqat qruplarının "Azərbaycan" qəzetində ödənişsiz əsaslarla təşviqat aparmaq imkanları var. Bu məqsədlə "Azərbaycan" qəzetinin redaksiyasında qeydə alınmış təşviqat qruplarına ayrılacaq yerlərin müəyyənlənləşdirilməsi üçün fevralın 17- püşkatma mərasimi keçirildi. Püşkatmada "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Hüseyn Paşayev, "Şəhər" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əbülfəz Babayev, "Tərəqqi" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İlham Xəlilov, "Qarabağ Respublika Uğrunda Hərəkat" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimov, "Respublikaçılar" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı, "Zəka" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əhməd Qəşəmoğlu, "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Cəfərov, "Hüquq Demokratiya" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əli Fərzəliyev "Davamlı İnkişaf Naminə" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Səbuhi Rzayev iştirak edirdilər.

Mərasimi açan "Azərbaycan" qəzetinin baş redaktorunun birinci müavini Amil Novruzov referendum üzrə təşviqat qruplarının təbliğat materiallarının qəzetdə dərci üçün ayrılacaq yerlərin püşkatma ilə demokratik şəkildə bölüşdürüləcəyini bildirdi. Təbliğat materialları referenduma qədər qəzetin bazar günü nömrələrində - fevralın 22-, martın 1-, 8- 15- dərc olunacaqdır.

"Azərbaycan" qəzetinin Parlament siyasət şöbəsinin redaktoru, redaksiya Püşkatma Komissiyasının sədri İxtiyar Hüseynli çıxışında bildirdi ki, referendum üzrə təşviqat qruplarının təbliğat materiallarının dərci üçün qəzetin müəyyən edilmiş 4 nömrəsinin hər birində 3 səhifə ayrılacaqdır. Hər nömrədə bu səhifələrin ümumi həcmi 4500 kv sm təşkil edəcəkdir. Bu isə hər bir təşviqat qrupu üçün 500 kv sm yer ayrılması deməkdir.

Sonra səlahiyyətli nümayəndələr püşkatma yolu ilə referendum üzrə təşviqat qruplarının təşviqat materiallarının "Azərbaycan" qəzetində dərc ardıcıllığını müəyyənləşdirdilər. Nəticədən razılıqlarını ifadə edən təşviqat qruplarının səlahiyyətli nümayəndələri püşkatmanın şəffaf obyektiv keçirildiyini bildirdilər.

 

 

Azərbaycan.-2009.-18 fevral.-S.5.