"Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin açılışı paytaxtda geniş konsert proqramları atəşfəşanlıqla qeyd edilmişdir

 

Bu gün dünyanın diqqəti Azərbaycana yönəlmişdir. Qədim müasir Bakımız yeni bir ənənəyə, tarixə imza atmışdır. Şərqlə Qərbin vəhdətini özündə əks etdirən Bakı həmişə olduğu kimi, bu gün xüsusilə bəzədilmişdir. Azərbaycanda "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılışı münasibətilə təşkil edilmiş silsilə tədbirlər paytaxtımızın sakinlərində qonaqlarında xoş təəssürat yaratmışdır.

Fevralın 18-də "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılışı münasibətilə şəhərimizdə geniş konsert proqramları nümayiş etdirilmişdir.

Paytaxtın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Abdulla Şaiq adına Dövlət Kukla Teatrının qarşısında təşkil edilmiş bayram şənliklərində tanınmış incəsənət ustaları geniş konsert proqramları ilə çıxış etmişlər. Yüzlərlə tamaşaçı konsertləri maraqla izləmiş sürəklə alqışlamışdır.

Axşam saat 21-də Bakının səmasını möhtəşəm bayram atəşfəşanlığı işıqlandırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-19 fevral.-S.3.