"Bizim uşaq dünyamız"

 

Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. İki minə yaxın uşaq, yeniyetmə gənc mərkəzdə 29 adda müxtəlif dərnəklərdə öz asudə vaxtlarını səmərəli faydalı keçirirlər.

Yaradıcılıq mərkəzinin başlıca vəzifəsi gənc nəsli respublikamızın layiqli vətəndaşı kimi müstəqil həyata hazırlamaqdır. Burada uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, asudə vaxtlarının səmərəli maraqlı təşkili, istedad qabiliyyətlərinin üzə çıxarılması məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir. Mərkəz 35 illik fəaliyyəti ərzində rayon, şəhər, respublika, hətta beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmiş, çox böyük nailiyyətlər qazanmışdır.

...Meydan uşaqların ixtiyarına verildi. Dörd hissədən ibarət "Biz ulu öndərin nəvələriyik", "Qış nağılı", "Doğma yurdum - Qarabağım", "Bizim uşaq dünyamız" adlı bir-birindən maraqlı səhnəciklər göstərildi.

Tədbirdə "Azəri inciləri" mahnı rəqs kollektivinin üzvləri - oğlanlar qızlardan ibarət milli rəqs, bal rəqsləri qrupu, mahnı teatrı, vokal qrupu, uşaq teatr qrupu gimnastlar qrupu, xalq çalğı alətləri ansamblı, nağaraçalanlar sazçalanlar qrupu rəngarəng çıxışları ilə tamaşaçıları heyran etdilər.

Sonda mərkəzin nailiyyətləri sadalandı, həmçinin beynəlxalq miqyaslı tədbirlərin qalibləri mükafatlandırıldı.

Tədbirdə Heydər Əliyev Fondunun, Milli Məclisin, Təhsil Nazirliyinin, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri Təhsil İdarəsinin, Nizami Rayon İcra Hakimiyyətinin, Ukrayna Türkiyə səfirliklərinin nümayəndələri iştirak edirdilər.

 

 

Zəkurə Quliyeva

 

Azərbaycan.-2009.-25 fevral.-S.12.