Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının qurbanları anıldı

 

Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 17-ci il dönümü ilə əlaqədar toplantı keçirildi. Tədbirdə ermənilərin 1992-ci il fevralın 26-da xocalılılara qarşı törətmiş olduğu vəhşilikləri əks etdirən video fotolar nümayiş etdirildi. Soyqırımında həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Vaxtilə Xocalıda 9 il müəllim işləyən tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Adil Baxşəliyev Xocalının tarixindən, orada o vaxtkı gənclərin yüksək hərbi vətənpərvərlik tərbiyəsindən danışdı.

Ümumi tarix kafedrasının müdiri Şirxan Səlimov ermənilərin Qafqaza gəlişi tarixindən söz açdı, Ermənistanın bir dövlət kimi keçən əsrin 20-ci illərində 9,6 kvadratkilometrlik bir ərazidə yarandığını bildirdi, tarixi reallıqları geniş təbliğ etmək üçün internetdə tədqiqat xarakterli məqalələrin sayını artırmağı vacib saydı.

Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri namizədi Əmirxan İsayev, digər müəllim, magistr tələbələr öz çıxışlarını nikbin tonla başa vurdular.

 

 

Azərbaycan.-2009.-27 fevral.-S.3.