Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

Seyidov Mirqafar Mircəfər oğlu - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis polkovniki

Həsənov Elxan İslam oğlu - Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 iyun.- S. 2.