Layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlər keçirilir

 

Azərbaycan Mətbuat Şurasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlərə başlanılmışdır.

Treninq-məşğələlər qruplar üzrə keçirilir. Hər qrup üçün məşğələlər saat 10-dan 14-dək olmaqla 3 gün müddətinə nəzərdə tutulmuşdur. Digər qrupun məşğələlərinə gələn həftənin ilk iş günündən start veriləcəkdir.

Məşğələlər müstəqil ekspertlər Aydın Kərimov və Nigar Atabəyli tərəfindən aparılır. Treninqin ilk günü tədbirə 30-dək KİV təmsilçisi qatılmışdır. Əvvəlcə iştirakçılara təlimin məqsədi, təşkili və iş qaydası haqqında məlumat verilmişdir. Sonra layihə təklifinin yazılması, müsabiqə qaydaları, layihələrin strukturu və mövzuları barədə söhbət açılmışdır.

Treninq-məşğələlərdə qruplar üzrə layihə təklifinin hazırlanması, qrupların işinin təqdimatı və müzakirələrin aparılması da nəzərdə tutulur.

 

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 4.