Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycanda rəsmi səfərdə olan Polşa Prezidenti Lex Kaçinski iyulun 3-də Fəxri xiyabana gəlmişdir.

Ali qonaq xalqımızın ümummilli lideri, müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla andı.

Polşa dövlətinin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər gül dəstəsi qoydu.

Prezident Lex Kaçinskiyə Fəxri xiyabanın tarixi barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 3.