"Azərbaycan diplomatiyasının tarixi" filmi çəkilmişdir

 

Azərbaycanda diplomatik xidmətin yaranmasının 90 illiyi ilə əlaqədar Xarici İşlər Nazirliyinin sifarişi ilə "Azərbaycan diplomatiyasının tarixi" sənədli filmi hazırlanmışdır.

Bu həftə nümayiş olunacaq filmin ssenari müəllifi tanınmış kinodramaturq Ziya Şıxlinskidir. Çəkilişlər Azərbaycanda, Gürcüstanda və başqa ölkələrdə aparılmışdır. Azərbaycan və xarici dillərdə səslənəcək ekran əsərində dəyərli materiallar toplanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 iyul.- S. 7.