Hava limanında qarşılanma

 

İyulun 8-də Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd Azərbaycan Respublikasına ikigünlük rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Suriyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Suriya dövlətinin başçısını və xanımını hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Suriya Prezidentinə və xanımına gül dəstəsi təqdim etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 3.