Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycanda rəsmi səfərdə olan Suriya Prezidenti Bəşşar əl-Əsəd iyulun 9-da Fəxri xiyabana gəlmişdir.

Ali qonaq xalqımızın ümummilli lideri, müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla andı.

Prezident Bəşşar əl-Əsədə Fəxri xiyabanın tarixi barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 2.