Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin əməkdaşları, Bakıda keçirilmiş "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" adlı beynəlxalq konfransın iştirakçıları və xarici ölkələrdə olan səfirlərimiz iyulun 9-da Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Sonra diplomatlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

 

 

  Azərbaycan.- 2009.- 10 iyul.- S. 4.