Görkəmli maarifçi haqqında kitab

 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzulu adına Əlyazmalar İnstitutu filologiya elmləri namizədi Esmira Cavadovanın görkəmli maarifçi, pedaqoq Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığından söz açılan "O həm də görkəmli etnoqraf idi" kitabını çap etdirmişdir.

"Nurlan" nəşriyyatında işıq üzü görən kitaba Teymur bəyin həyat və yaradıcılığı haqqında oçerk, onun Əlyazmalar İnstitutunda saxlanılan "Lənkəran keçmişdə" və "Lənkəran xanlığının tarixi" adlı əsərlərinin mətnləri, habelə görkəmli ziyalının dövrünün ictimai-siyasi, mədəni həyatından bəhs olunan məqalələri daxil edilmişdir. Kitabın redaktoru filologiya elmləri doktoru Azadə Musayevadır.

 

 

Azərbaycan.- 2009.- 10 iyun.- S. 8.