Belarusda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəli ucaldılmışdır

 

Belarusun Vileyka şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəlinin təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə heykəlin qoyulmasının təşəbbüskarı və bu işin icraçısı Belarusdakı "Qobustan" cəmiyyətinin sədri B.Qəmbərov, Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndəsi də çıxış etmişlər.

Azərbaycanın Belarusdakı səfirliyindən bildirmişlər ki, Həzi Aslanovun heykəlinin yaradıcısı soydaşımız, heykəltəraş, Belarus Rəssamlar İttifaqının üzvü Kamil Kamaldır.

Sonda təşkil olunmuş konsertdə Azərbaycan xalq musiqisi səslənmişdir.

Mərasimdə Vileyka şəhər icraiyyə komitəsinin sədri E.V.Sinilo, Azərbaycanın Belarusdakı diasporunun nümayəndələri və digər rəsmi şəxslər istirak etmişlər.

 

 

Azərbaycan.- 2009.- 11 iyul.- S. 3.