Böyük liderin xatirəsinə

 

Kanadadakı həmvətənlərimiz tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Torontoda, Dünya Elm Muzeyinin böyük salonunda təşkil olunmuş konsertin yazıldığı kompakt diskin buraxılması ulu öndərin Azərbaycanın siyasi rəhbəri seçilməsinin 40-cı ildönümünə təsadüf etmişdir.

Konsertdə bəstəkar və dirijor, xalqımızın mədəniyyətini və incəsənətini dünyada fəal təbliğ edən İsmayıl Hacıyevin bədii rəhbəri olduğu "İpək yolu" Kanada-Azərbaycan kamera ansamblı iştirak etmişdir.

Diskə, həmçinin Heydər Əliyevin akademik Ömər Eldarov tərəfindən hazırlanmış büstünün açılışı ilə əlaqədar Niaqara şəhərinin İncəsənət Mərkəzində keçirilmiş təntənəli mərasim də yazılmışdır. Xatırladaq ki, Heydər Əliyevin büstü İsmayıl Hacıyevin təşəbbüsü ilə qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 iyul.- S. 2.