Qazaxıstan Milli Akademik Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşə"si yaradılmışdır

 

Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanda Azərbaycanın qədim dövlətçilik ənənələrinin, tarixinin, zəngin mədəni irsinin təbliği məqsədi ilə bu ölkənin Milli Akademik Kitabxanasına kitab, CD və DVD-lərdən ibarət zəngin kolleksiya göndərmişdir.

Kolleksiyaya "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)", A.Mirzəzadənin "Azərbaycan, zaman, inkişaf", Y.Siqov "Mejdu Zapadom i Vostokom", "Bizi əsirlikdən qurtarın. Release us from captivity", "Garabakh - the eternal memory of Azerbaijan heritage", "Karabax: vçera, seqodnya v fotosnimkax. Karabakh: yesterday and today in photos" və s. kitabları, habelə "This is our Azerbaijan (DVD)", "Gobustan", "Armenian terrorism", Erich Feigl. "Sharp turning-point! Armenian", "The tragedy of Khodjaly", "Kara Karayev. Symphony" və s. elektron nəşrlər daxildir.

Kitabxananın fondunda Azərbaycan ədəbiyyatı guşəsi yaradılmışdır.

 

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 2.