Misirin milli bayramı şərəfinə

 

İyulun 17-də Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ölkəsinin milli bayramı - 23 iyul İnqilab Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur çıxış edərək inqilabdan ötən 57 ildə ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, bu illər ərzində müxtəlif sahələrdə böyük tərəqqiyə nail olduğunu, dünya birliyində layiqli yer tutduğunu vurğulamışdır.

Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi mədəni əlaqələrin dinamik inkişaf etdiyini deyən diplomat qarşılıqlı münasibətlərin möhkəmlənməsində dövlət başçılarının rolunu xüsusi vurğulamışdır. Səfir əminliklə bildirmişdir ki, ənənəvi dostluq əməkdaşlığa söykənən dövlətlərarası münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcəkdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək əlamətdar bayram münasibətilə bütün Misir xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını xoş arzularını çatdırmışdır.

Nazir demişdir ki, iki ölkə arasında mədəni əlaqələr hələ qədim dövrlərdən mövcud olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr digər sahələr üzrə yüksələn xətlə inkişaf etməyə başlamışdır. Son illər iqtisadi mədəni sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin öz əksini tapdığı bir sıra mühüm sənədlər imzalanmışdır.

Ş.Mustafayev dost ölkələr olan Azərbaycan ilə Misir arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, yüksək səviyyəli görüşlər danışıqlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin yaradır.

Qəbulda Azərbaycanın dövlət hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 iyul.- S. 3.