Belçikanın Kralı Əlahəzrət II Albertə

 

Əlahəzrət!

Ölkənizin milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan ilə Belçika arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli əlaqələrimizin, beynəlxalq strukturlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 21 iyul.- S. 1.