2009-cu il mayın 8-də Vaşinqton şəhərində imzalanmış "Azərbaycan Respublikası Nazirlər KabinetiAmerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlığa dair Sazişə 6 saylı Düzəliş"in təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2009-cu il mayın 8-də Vaşinqton şəhərində imzalanmış "Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlığa dair Sazişə 6 saylı Düzəliş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən 6 saylı Düzəlişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 23 iyul.- S. 1.