Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin Həsən bəy Zərdabinin məzarlarını ziyarət etmişlər

 

Milli Mətbuat Günü münasibətilə Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələri iyulun 22-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Sonra böyük mütəfəkkir, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunaraq əklil və gül dəstələri qoyulmuşdur.

 

 

Azərbaycan.- 2009.- 23 iyul.- S. 5.