Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin bir qrup əməkdaşının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikasının ictimai həyatında, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, texniki-idman növlərinin təbliği və inkişaf etdirilməsində, Silahlı Qüvvələrimiz üçün mütəxəssislərin hazırlanmasında fəal iştirakına görə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Adıgözəlov Telman Əli oğlu

Axundov Şamil Cəmil oğlu

Əhmədov Əşrəf Lətif oğlu

Kərimov Fərrux Əzizulla oğlu

Nəsirov Həmid İsmayıl oğlu

Rüstəmov Ələkbər Misir oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 29 iyul.- S. 1.