Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

2 -li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla

2 -li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

3 -li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla

3 -li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

4 -li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla

4 -li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

5 -li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla

5 -li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

7 -li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla

7 -li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

8 -li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 8 ¹-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

9 -li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla

9 -li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

10 -li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla

10 -li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

11 -li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla

11 -li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Birinci Haramı və İkinci Haramı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq 1 -li Qayıdış və 6 -li Qayıdış qəsəbə inzibati ərazi dairələri adlandırılsın.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 31 iyul.- S. 1.