Suriya Azərbaycanla ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

 

Suriya Azərbaycanla ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu sözləri Suriyanın xarici işlər naziri Valid əl-Muallem Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşündə bildirmişdir.

Suriya xarici siyasət idarəsinin başçısı səfərinin məqsədini açıqlayaraq bildirmişdir ki, Suriya Prezidentinin Azərbaycana səfərinin hazırlanması barədə danışıqlar aparılmışdır. Suriyanın xarici işlər naziri belə bir inam ifadə etmişdir ki, onun bu səfəri iki ölkə arasında bütün sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün zəmin yaradacaqdır.

Azərbaycanın Baş naziri Artur Rasizadə iki ölkə arasında iqtisadi əlaqələrin aşağı səviyyədə olduğunu nəzərə çatdıraraq bildirmişdir ki, bu məqsədlə Azərbaycan Suriyanın müxtəlif idarələri arasında əlaqələr yaradılması vacibdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 iyun.-S.4.