Xalq şairi Vaqif Səmədoğluya

 

Hörmətli Vaqif Səmədoğlu!

Sizi - müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı, uzun ömür yeni yaradıcılıq uğurları arzulayıram.

Siz respublikamızda ədəbi prosesin inkişafına töhfələr vermiş nəslin istedadlı nümayəndəsi olduğunuzu sənət aləminə gəldiyiniz ilk vaxtlardan nümayiş etdirmisiniz. Sizin yaradıcılığınız mövzu rəngarəngliyi, poetik təfəkkürün genişliyi əhatəliliyi ilə səciyyələnir. Sənətsevərlərin diqqətini daim cəlb edən, özünəməxsus ifadə tərzinə malik poeziyanızda dünyanın, insanın cəmiyyətin fəlsəfi dərki məsələləri mühüm yer tutmuşdur. Sözlərinizə bəstələnmiş mahnılar dilimizin geniş bədii imkanlarından ustalıqla faydalandığınızı təsdiq edir.

Teatr kino üçün yazdığınız əsərlər yüksək sənətkarlıq keyfiyyətləri ilə seçilmiş, tamaşaçıların rəğbətini qazanaraq sizi, eyni zamanda dramaturq kimi tanıtmışdır.

Ölkəmizin ədəbi-mədəni həyatında, həmçinin ictimai-siyasi sahədə yaxından iştirak etməklə göstərdiyiniz təqdirəlayiq səmərəli fəaliyyət sizin əsl vətəndaşlıq mövqeyinizin aydın ifadəsidir.

İnanıram ki, siz yeni əsərlərinizlə ədəbiyyatımızı daha da zənginləşdirəcək xalqımızın milli-mənəvi dəyərlərinin qorunub yaşadılması naminə bundan sonra da bacarığınızı əsirgəməyəcəksiniz.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2009-cu il

 

Azərbaycan.-2009.-5 iyun.-S.1.