Rusiya İqtisad Akademiyasında Azərbaycan mədəniyyəti gecəsi

 

G.V.Plexanov adına Rusiya İqtisad Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü münasibətilə Azərbaycan mədəniyyəti gecəsi keçirilmişdir. Tədbir Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gəncləri Təşkilatı (RAGT) tərəfindən təşkil olunmuşdur.

Əvvəlcə Rusiya Azərbaycanın dövlət himnləri səslənmişdir.

Azərbaycan mədəniyyəti gecəsi akademiyanın Azərbaycan klubunun üzvlərinin çıxışları ilə başlanmışdır. Şərqdə ilk demokratik dövlətin yaranmasından müasir Azərbaycandan, xalqımızın mədəniyyəti ənənələrindən bəhs edən "Azərbaycan" sənədli filmi nümayiş etdirilmişdir.

Akademiyanın prorektoru Svetlana Smirnova tədbirin təşkilatçılarına, habelə ölkəmizin Rusiyadakı səfirliyinə təşəkkürünü bildirmişdir. O vurğulamışdır ki, ötən il ali məktəbdə Azərbaycan mədəniyyəti həftəsi keçirilmiş indiki tədbir bu təqdirəlayiq aksiyanın davamıdır. Ali məktəb ilə Azərbaycanın Rusiyadakı səfirliyi arasında səmimi münasibətlər yaranmışdır. S.Smirnova demişdir: "Bu cür tədbirlər bir-birimizi yaxşı tanımağa, insanlar arasında qarşılıqlı anlaşmanın yaranmasına kömək edir, xalqların mədəniyyətlərinə hörmət aşılayır".

Azərbaycan səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova Azərbaycan mədəniyyəti gecəsinin keçirilməsinə görə ali məktəbin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Demişdir ki, MDBMİ-nin Azərbaycan gəncləri klubunun yaradılması hərəkatına Leyla Əliyeva başçılıq etmişdir. Bu hərəkat Rusiya ali məktəblərində Azərbaycan klublarının yaradılmasına təkan vermişdir. N.Axundova demişdir: "Plexanov Akademiyasının Azərbaycan klubu ən fəal klublardan biridir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının tərkibinə daxil olan bu klubların yaradılmasında Leyla Əliyevanın böyük xidmətləri vardır. Rusiyadakı Azərbaycan gənclərinin onların səylərinin birləşdirilməsi istiqamətində gördüyü işlərə görə ona dərin təşəkkürümüzü bildiririk".

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gənc Azərbaycan müğənnilərinin, rəqs ansambllarının, Şən Hazırcavablar Klubunun "Qara qızıl" gənclər komandasının iştirakı ilə maraqlı konsert proqramı təqdim olunmuşdur. Konsertdə Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş mahnı digər populyar mahnılarını ifa etmişdir.

Ali məktəbin mədəniyyət evinin "Konqres mərkəzi"nin foyesində Azərbaycan xalq çalğı alətləri, milli geyimlər xalq yaradıcılığı nümunələrindən ibarət sərgi açılmışdır.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2009.-5 iyul.-S.2.