Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması qurultayının nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişlər

 

İyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması qurultayının nümayəndələri qonaqları Fəxri xiyabana gələrək türk dünyasının görkəmli oğlu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Qurultay nümayəndələri qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üstünə gül-çiçək düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

 

 

Azərbaycan.-2009.-6 iyun.-S.3.