Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı nümayəndələrinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət hökumət başçılarına müraciəti

 

Hörmətli xanımlar cənablar!

Bu gün qurultayını keçirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 65 min nəfərdən çox insanı birləşdirir. Erməni separatçılarının təzyiq işgəncələrinə məruz qalaraq, biz 1988-1992-ci illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən - öz doğma torpaqlarımızdan didərgin düşmüş məcburi köçkünlərik.

"Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya soyqırımı siyasətinin təməli 200 il bundan əvvəl qoyulmuşdur. XIX əsrin əvvəllərində ermənilər İran Osmanlı dövlətlərinin ərazisindən Azərbaycana köçürüldükdən sonra soydaşlarımızın öz torpaqlarından məqsədyönlü şəkildə sıxışdırılıb çıxarılması prosesi başlanmışdır. Bu proses imperiyaların dağılması, inqilablar, hakimiyyət dəyişikliyi digər keçid dövrlərində xüsusilə güclənmiş, açıq zorakılıq qətllərlə müşayiət olunmuşdur.

Erməni millətçilərinin işğalçılıq etnik təmizləmə siyasətinin növbəti mərhələsi ötən əsrin 80-ci illərinin sonunda - Sovet İttifaqının dağılması ərəfəsində başlamış indi davam etməkdədir. Qonşu Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ bölgəsi onun ətrafındakı 7 rayon işğal olunmuş, 1 milyona yaxın azərbaycanlı doğma torpaqlarından qovularaq, qaçqın məcburi köçkün vəziyyətinə düşmüşdür.

Hərbi təcavüz çoxsaylı insan tələfatına, ağır maddi mənəvi itkilərə səbəb olmuşdur. 1992-ci ilin fevralında azərbaycanlıların ən qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən amansızlıqla dağıdılmış, qocalar, qadınlar uşaqlar da daxil olmaqla, 600 nəfərdən çox insan işgəncələrlə qətlə yetirilmişdir. Xocalı soyqırımı daim özlərini dünya ictimaiyyətinə məzlum göstərməyə çalışan erməni millətçilərinin riyakarlığını, insanlıq bəşəriyyət əleyhinə cinayətlərini bir daha açıq göstərmişdir.

Ümumiyyətlə, təcavüz nəticəsində 20 mindən çox azərbaycanlı həlak olmuş, 50 mindən çox insan yaralanmış ya əlil olmuşdur. 890 yaşayış məntəqəsi, orada yerləşən sosial-iqtisadi infrastruktur, təhsil, səhiyyə mədəniyyət müəssisələri, tarixi abidələr məscidlər dağıdılmışdır. Dağlıq Qarabağ onun ətrafındakı 7 rayon nəzarətsiz zonaya, transmilli cinayətkar qruplar üçün əlverişli dayaq nöqtəsinə çevrilmişdir.

Azərbaycan Ermənistan müstəqil dövlətlər kimi Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olduqdan sonra Dağlıq Qarabağ problemi regional çərçivəni aşaraq, beynəlxalq xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822, 853, 874 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi qeyd olunmuşdur. Bu sənədlərdə silahlı əməliyyatlara düşmənçilik hərəkətlərinə son qoyulması, erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.

BMT Baş Məclisi 59, 60 62-ci sessiyalarında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair məsələni müzakirəyə çıxarmışdır. Azərbaycan hökumətinin təqdim etdiyi faktlar ATƏT-in faktaraşdırıcı missiyasının məruzələri əsasında Baş Məclis işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılmasını, kütləvi yanğınların törədilməsini, bu yanğınların ətraf mühitə, insanların sağlamlığına həyatına təhlükə yaratmasını pisləyən qətnamələr qəbul etmişdir. Həmin sənədlərdə işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtmaq hüququ bir daha təsdiq olunmuşdur.

Digər nüfuzlu beynəlxalq təşkilatlar da münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində müəyyən qərarlar qəbul etmişlər. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2005-ci il 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində öz əksini tapmışdır.

Problemin həlli üçün müəyyən səylər göstərilməsinə baxmayaraq, təəssüf ki, indiyədək onun aradan qaldırılması istiqamətində əsaslı irəliləyişə nail olunmamışdır. Münaqişənin nizamlanması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi ucbatından lazımi səmərə verməmişdir. Beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin çox zaman siyasi iradə nümayiş etdirməməsi, qətiyyətsiz mövqe tutması, işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq cəhdləri münaqişənin tezliklə dinc yolla tənzimlənməsinə əngəl törətmişdir.

Hörmətli xanımlar cənablar!

Sizi Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə çağırırıq. İnanırıq ki, Siz Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı icmanın çağırışlarına biganə qalmayacaq, münaqişənin ədalətlə həll olunması üçün daha qətiyyətli prinsipial mövqe tutacaqsınız.

 

Müraciət Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayında qəbul olunmuşdur

 

Bakı şəhəri, 5 iyun 2009-cu il

 

 

Azərbaycan.-2009.- 6 iyun.-S.4.