Azərbaycan hərbçiləri NATO-nun tədbirlərində iştirak edəcəklər

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində iyunun 8-dən 12-dək Bakıda NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun Çoxmillətli Birgə Tapşırıq Qüvvələrinin (CJTF) sahələri üzrə təlim kursu, iyunun 8-dən 19-dək Almaniyanın Oberammerqau şəhərində NATO İctimai Əlaqələr kursu, iyunun 15-dən 19-dək Zaqreb şəhərində (Xorvatiya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu (CREVAL), iyunun 16-dan 18-dək Madrid şəhərində (İspaniya) Quru Qoşunları rabitə informasiya sistemləri üzrə işçi görüşü, iyunun 22-dən 26-dək Bulboaca şəhərində (Moldova) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə Rəy (OCC E&F) proqramı çərçivəsində Quru Qoşunları üzrə qiymətləndiricilər üçün təlim kursu, iyunun 22-dən iyulun 3-dək Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün hərbi terminologiya kursu, iyunun 27-dən iyulun 12-dək Muğla şəhərində (Türkiyə) Kooperative Mako 2009 təlimində iştirak keçirilir.

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri iştirak edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 iyun.-S.3.