QİƏT PM-in Baş Assambleyasının iclasında iştirak edəcəklər

 

Milli Məclisin deputatları Asəf Hacıyev, Mübariz Qurbanlı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) Baş Assambleyasının 33-cü ümumi sessiyasında iştirak etmək üçün iyunun 10-da Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfərə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Azərbaycan parlamentinin deputatı Asəf Hacıyev "QİƏT PM üzv dövlətlərində maliyyə iqtisadi böhranın yumşaldılmasına yönəldilmiş strategiya siyasət" mövzusunda ümumi müzakirələrdə, deputat Mübariz Qurbanlı isə "QİƏT PM üzv ölkələrində miqrasiyanın hüquqi aspektləri" mövzusunda məruzə ətrafında müzakirələrdə çıxış edəcəklər.

QİƏT PM Baş Assambleyasının ümumi sessiyasında Qara dəniz bölgəsində dəniz nəqliyyatının inkişafı, bölgə ölkələri arasındakı miqrasiyanın mədəni aspektləri, QİƏT PM üzv dövlətlərində uşaqların qazanc məqsədilə istismardan qorunması vacibliyi kimi məsələlər müzakirə olunacaqdır.

Səfər iyunun 14-də başa çatacaqdır.

 

 

Azərbaycan.-2009.-10 iyun.-S.2.