Göygölə gəlin

 

Rayonumuza Göygöl adı veriləndən sonra bu yerləri tanımaq olmur. Hər tərəf tikinti meydanına çevrilib. Yeni-yeni obyektlər inşa edilir, küçələrə, yollara asfalt döşənir, parklar, bağlar salınır.

Belə parklardan biri rayon mərkəzində yerləşir. Ərazisi üç hektardır. Burada sakinlərin istirahəti üçün hər şərait yaradılmışdır. Üç yüz nəfərdən çox tamaşaçı tutan Yaşıl Teatr parka xüsusi gözəllik verir. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün gənclər evi, stolüstü oyunlar, idman meydançası, uşaqlar üçün xüsusi attraksionlar başqa əyləncə yerləri fəaliyyət göstərir. Bu günlərdə dövlət başçısı İlham Əliyev mədəniyyət istirahət parkının açılışında iştirak etdi. Göygöl sakinlərinə xoş həyat, mənalı istirahət arzuladı.

İşimlə əlaqədar olaraq tez-tez qəsəbələrə, kəndlərə gedib-gəlirəm. İndi hər yerdə söhbət Prezident İlham Əliyevin bu yerlərə ötən ay - mayın 24-dəki səfərindən gedir. Axı səfər zamanı çoxlu əlamətdar görüşlər oldu. Onlardan biri mərkəzi xəstəxananın açılışı ilə bağlıdır.

Bu obyekt "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq "Terminal" istehsal tikinti müəssisəsi tərəfindən inşa edilib. Xəstəxananın ümumi sahəsi dörd hektara yaxındır. Burada əsas korpus, poliklinika, inzibati bina, uşaq-qadın məsləhətxanası, infeksion, pataloji-anatomiya tibbi ekspertiza şöbələri fəaliyyət göstərir.

Xəstəxana 180 çarpayılıqdır. Buraya ən müasir avadanlıq gətirilib. Xəstələrin müayinəsi müalicəsi üçün hər şərait yaradılıb. Xəstəxanada Göygöl sakinləri ilə yanaşı, ətraf rayonlardan gələnlərə tibbi xidmət göstəriləcək.

Prezident İlham Əliyevin sözləri ilə desək, "bütövlükdə Göygöl rayonunun inkişafı son illər uğurla gedir. Yaxşı işlər görülür. Müəssisələr tikilir, şəhər abadlaşır. Rayonda quruculuq işləri aparılır. Parklar salınır. İnsanların yaşaması, istirahəti, işləməsi üçün bütün şərait var, daha da yaxşı olmalıdır".

Bütün bunlara görə rayon sakinləri dövlət başçısı İlham Əliyevə minnətdardırlar.

Mənsə demək istəyirəm ki, bütün bunları öz gözlərinizlə görmək, mənalı istirahət etmək istəyirsinizsə Göygölə gəlin.

 

 

İlqar Məhərrəmov,

Göygöl Rayon Suvarma Sistemləri

İdarəsinin mühəndisi

 

Azərbaycan.-2009.-11 iyun.-S.3.