Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vieslav Vodanın başçılığı ilə Azərbaycanda səfərdə olan Polşa Seyminin nümayəndə heyəti iyunun 16-da Fəxri xiyabana gəlmişdir.

Qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, "Əbədi məşəl" xatirə kompleksinin önünə əklil qoymuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 17 iyun.- S. 3.