“1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq yubileyin qeyd edilməsi üzrə Milli Proqramın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 65 illik yubileyinin qeyd edilməsinə hazırlıq barədə” MDB ölkələrinin Dövlət Başçıları Şurasının 2007-ci il 5 oktyabr tarixli qərarı ilə MDB iştirakçısı olan dövlətlərə 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinin qeyd olunmasının tövsiyə edildiyini nəzərə alaraq qərara alıram:

“1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram” təsdiq edilsin (əlavə olunur).

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 23 iyun.- S. 2.