Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

 

Dövlət sərhədinin mühafizəsi üzrə döyüş tapşırığını yerinə yetirərkən şücaət və mərdlik göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

 

 

"İgidliyə görə" medalı ilə:

 

Tağıyev Bəhruz Sabir oğlu - polkovnik-leytenant

Qafarov Vəzir Əkbər oğlu – mayor

Babayev Bəhman Rza oğlu – kapitan

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 26 iyun.- S. 3.